SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xameneyinin nümayəndəsi: "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır"

© Photo : APADini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə Təbrizdə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə Təbrizdə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İranda səfərdədir. Mübariz Qurbanlının Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşündə önəmli açıqlamalar verilib.

BAKI, 24 may — Sputnik. "Bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ili ölkədə "Multikulturalizm ili" elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir".

Tehran - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İran Azərbaycandan torpaq istəyir

Bu fikirləri Təbriz şəhərində səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, mayın 23-də İranın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşündə söyləyib. DQİDK-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Komitə sədri deyib: "Təəssüf ki, dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcuddur və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirilir. Silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar. Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır".

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərin möhkəmlənməsini diqqət mərkəzində saxlayırdı. Azərbaycan xalqının mənəvi dəyərləri İslam dini üzərində formalaşıb. Uzun müddət Sovet İttifaqının ateizmi təbliğ etməsinə baxmayaraq, xalqımız dini dəyərlərini unutmayıb", — M. Qurbanlı vurğulayıb.

İslam dininin Azərbaycan xalqının dünyagörüşündə mühüm yeri olduğunu deyən Komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə cəmi 17 məscid var idi: "Bu gün isə Azərbaycanda məscidlərin sayı 2050-yə çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər".

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər: "Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır".

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb.

Qeyd edilib ki, gənclərin düzgün yönləndirilməsi onların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilər. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Ayətullah Şəbüstəri qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu bildirib.

Xəbər lenti
0