Araz Əzimov İsraildə İran haqqında nə deyib?!

© faktxeber.comXarici işlər nazirinin müavini Araz Əzimov
Xarici işlər nazirinin müavini Araz Əzimov - Sputnik Azərbaycan
Abunə olmaq
XİN nazir müavininin İsrail və Fələstin səfərinə aydınlıq gətirib.

BAKI, 23 may-Sputnik. "Araz Əzimovun mətbuat açıqlaması müvafiq olaraq XİN-nin rəsmi internet saytı və sosial şəbəkə profillərindən əldə edilə bilər. Bundan kənar hər hansı şərhlər və ya iddia edilən iqtibaslar yalnız bəzi KİV-in təhrifləridir".

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirərkən belə deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri, keçirdiyi görüşləri və apardığı danışıqları barədə XİN-nin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.

Bəzi KİV-lər Araz Əzimovun guya İsrail parlamentində keçirilən görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini dediyini yazıb.

Xəbər lenti
0