CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş ağrısından əziyyət çəkənlər, diqqət!

© kabluchki.uaBaş ağrısı
Baş ağrısı - Sputnik Azərbaycan
Abunə olmaq
Baş ağrısı zamanı dərhal dərmanlara əl atmayın. Bəzi qida məhsulları baş ağrıları zamanı sizə çox yaxşı kömək edə bilər.

BAKI, 23 may — Sputnik. Atmosfer təzyiqinin, havanın dəyişilməsi, hətta tam sağlam insanlarda baş ağrılarına səbəb olur. Ancaq baş ağrısı zamanı dərhal dərmanlara əl atmayın. Bəzi qida məhsulları baş ağrıları zamanı sizə çox yaxşı kömək edə bilər. Sputnik azadqadin.az-a istinadən həmin qidaları təqdim edir:

1. Kartof

Təəccüblənməyin, adi kartof həqiqətən baş ağrısını azaldır. Kartof kalium maddəsi ilə zəngindir. Məhz bu maddə baş ağrıları zamanı kömək edir. Kartofu bişmiş halda yemək lazımdır.

2. Balqabaq tumu

Bu tumlar digər baş ağrılarını azaldan mineralla — maqneziumla zəngindir. Bundan əlavə, balqabaqda beynin fəaliyyətini yaxşılaşdıran sink və fosfor mineralları da var.

3. Badam

Badam da maqneziumla zəngindir. Həmçinin badamda B2 vitamini var. Həkimlər bu vitamini miqren zamanı qəbul etməyi tövsiyə edirlər.

4. Küncüt

Kalsium və bir çox digər faydalı maddələrlə zəngin olan küncüt baş ağrıları zamanı yaxşı kömək edir.

5. Yağlı balıq

Omeqa 3 yağlı turşular və D vitamini ilə zəngin olan balıq xroniki baş ağrıları zamanı çox yaxşı kömək edir.

6. Zəncəfil

İltihabəleyhinə və antihistamin təsirlərə malik olan zəncəfil baş ağrılarını azaldır. Əgər siz baş ağrıları və ya miqren tutmasının yaxınlaşmasını hiss edirsinizsə, 1 fincan zəncəfil çayı qəbul edin.

7. Acı istiot (çili)

Kapsaisin alkaloidlə zəngin olan acı istiot baş ağrılarının intensivliyini azaldır.

8. Kofein

Qəhvənin və qara çayın tərkibində olan bu maddə baş ağrılarını azaldır. Bir çox ağrısızlaşdıran dərmanların tərkibində kofein maddəsi olur. Lakin çoxlu miqdarda qəhvə və çay içən insanlarda kofein, əksinə, baş ağrılarına gətirib çıxarda bilər.

9. Qarpız

Su, kalium və maqneziumla zəngin olan bu nəhəng giləmeyvə baş ağrıları zamanı yaxşı kömək edir.

10. Adi su

Bir çox hallarda adi susuzlaşma baş ağrısına səbəb olur. Baş ağrısının ilk simptomlarında 1 stəkan təmiz su için.

Xəbər lenti
0