BAKI, 23 may — Sputnik. Almaniya hökuməti Türkiyə vətəndaşlarının ilin sonunadək Avropada vizasız rejimə keçəcəklərinə inanmır. Rəsmi Berlin ilin sonunadək Ankaranın bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyini iddia edir. Sputnik Manşet-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Xatırladaq ki, Türkiyə və Avropa Birliyi 2013-cü ildən viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edəcək. Bu ilin mart ayında tərəflər Türkiyədən qanunsuz yolla AB-yə miqrant axınını dayandırmaq məsələsinin bir hissəsi kimi nəhayət razılıq əldə edib.