CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda fəaliyyət göstərən internet klublar "qan ağlayır"

© Sputnik / Fuad HasanovBakıda internet klub
Bakıda internet klub - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Mirzəyev: "Vaxt var idi 24 saat bu klubda müştərilər əlindən tərpənmək olmurdu. Təxminən 6-7 il əvvəlin söhbətini edirəm. O dövrlə indiki dövrü müqayisə edəndə, demək olar ki, işə havayı gəlib-gedirik"

BAKI, 20 may — Sputnik. "Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur". Bunu Sputnik-in əməkdaşı ilə söhbətində Heydər Mirzəyev deyib.

H. Mirzəyev 10 ilə yaxındır ki, "Elmlər Akademiyası" metrostansiyasının çıxışında, 5 mərtəbəli binanın zirzəmisində internet klub işlədir. Təzə-təzə çox yaxşı pul qazandıqlarını deyən klub administratoru, indi içəri müştəri girəndə sevindiklərini söyləyib.

"Vaxt var idi 24 saat bu klubda müştərilər əlindən tərpənmək olmurdu. Təxminən 6-7 il əvvəlin söhbətini edirəm. Əsasən də xarici tələbələr daha çox gəlirdi. Hələ bəziləri gecə səhərə qədər stolda mürgüləyirdilər. Qazancımız yaxşı idi. O dövrlə indiki dövrü müqayisə edəndə, demək olar ki, işə havayı gəlib-gedirik", — həmsöhbətimiz deyib.

Mirzəyev bu ticarət növündə zəifləməni belə izah edib: "Əslində bugünkü vəziyyət gözlənilən idi. Bir şey ki (İnterneti nəzərdə tutur — red.), artıq insanların ciblərinə girib, onda nəyə lazımdır gəlib zirzəmilərə girmək? Elə telefonlar ixtira ediblər ki, sürəti kompüterin sürətindən qat-qat güclüdür. Ona görə də bu işə həvəslənənlərə məsləhət görürəm ki, əbəs yerə pullarını xərcləyib internet klub açmasınlar. Çünki bu işdə artıq pul yoxdur".

© Sputnik / Fuad HasanovVaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu.
Vaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu - Sputnik Azərbaycan
1/4
Vaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu.
© Sputnik / Fuad Hasanovİndiki dövrdə isə əksər kompüterlər saatlarca boş qalmalı olur.
İndiki dövrdə isə əksər kompüterlər saatlarca boş qalmalı olur - Sputnik Azərbaycan
2/4
İndiki dövrdə isə əksər kompüterlər saatlarca boş qalmalı olur.
© Sputnik / Fuad Hasanovİnternet klubların müştəriləri əsasən gənclər, tələbələrdir.
İnternet klubların müştəriləri əsasən gənclər, tələbələrdir - Sputnik Azərbaycan
3/4
İnternet klubların müştəriləri əsasən gənclər, tələbələrdir.
© Sputnik / Fuad HasanovHeydər Mirzəyev: Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur.
Heydər Mirzəyev: Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur - Sputnik Azərbaycan
4/4
Heydər Mirzəyev: Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur.
1/4
Vaxt var idi bu tip klublarda müştəri əlindən tərpənmək olmurdu.
2/4
İndiki dövrdə isə əksər kompüterlər saatlarca boş qalmalı olur.
3/4
İnternet klubların müştəriləri əsasən gənclər, tələbələrdir.
4/4
Heydər Mirzəyev: Bu dövrdə internet klub açıb, ordan pul gözləyənlərin ağlı yoxdur.

Yan-yörədəki digər klublarda da eyni vəziyyət hökm sürür. Misal üçün, BDU-ya gedən yolun sağ tərəfində yerləşən "Zamin" internet klubda cəmi 1 müştəri əyləşmişdi.

Sözün qısası, H.Mirzəyevin də dediyi kimi, bu zamanda internet klub açıb çörək pulu qazanmaq elə də məsləhətli deyil. Çünki bu gün kimsə, cibində gəzdirdiyi interneti görməzdən gəlib zirzəmilərə girmək istəmir və istəməyəcək.

Xəbər lenti
0