SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin hakim partiyası yeni sədrini seçir

© AFP 2024 / ADEM ALTANRəcəb Tayyip Ərdoğan və Binəli Yıldırım. Arxiv şəkli
Rəcəb Tayyip Ərdoğan və Binəli Yıldırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sədr postuna yeganə namizəd Binali Yıldırımdır.

BAKI, 22 may — Sputnik. Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.

Qurultay Bakı vaxtı ilə 11:00-da Ankara Arena İdman Salonunda başlayacaq.

Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B. Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə. Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.

Qurultayda prezident R. T. Ərdoğan, B. Yıldırım və Ə. Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay “Uğurlu yürüşə davam” şüarı altında keçiriləcək.

B. Yıldırıma bu gün prezident R. T. Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B. Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir. 

Xəbər lenti
0