CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dondurmaların keyfiyyəti barədə acı həqiqət

© pixabay / stevepbDondurma. Arxiv şəkli
Dondurma. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik-in əməkdaşı sosial şəbəkələrdə “Dondurmaların keyfiyyətindən razısınız?” sualı ilə yerli əhaliyə müraciət edib.

BAKI, 22 may — Sputnik. Yay artıq qapımızı döyür. Kəskin istilərdə sərinlənmək üçün tez-tez dondurma yeməli oluruq. Müxtəlif qiymətlərə satılan yerli və xaricdən gətirilən dondurmalar nə dərəcədə keyfiyyətlidir? Və bu dondurmadan yerli əhali istifadə edirmi?

Sputnik-in əməkdaşı sosial şəbəkələrdə “Dondurmaların keyfiyyətindən razısınız?” sualı ilə yerli əhaliyə müraciət edib. Mövzuya fərqli yanaşmalar olub. Sorğunun nəticəsini təqdim edirik.

Elşad Mətləboğlu — operator

O gün KFC-də dondurma aldım, içindən milçək çıxdı. Budur keyfiyyət. 

Ayşən Ayxan – müxbir

Dondurmaların keyfiyyətləri qiymətinə görə dəyişir. Bir də firmadan asılıdır. Misal üçün, qiyməti 20-30 qəpik olan elə dondurmalar var su dadı verir, amma eləsi də var normaldır. Xaricdən gələnlər çox bahadır, yerli məhsulun qiyməti münasib olduğu üçün ona tələbat daha çoxdur.

Bəxtiyar Hacıyev – redaktor 

Narazıyıq. Düzdür, xarici istehsallı dondurmalarla müqayisədə ucuzdur, amma dad baxımından bərbaddır əksəriyyəti. Bizim dondurmaların dadı sanki buza şəkər tozu qatmısan.

Ceyhun Bayramov — səs rejissoru

Azərbaycanda zavodlarda istehsal olunan dondurmalar zərərsizdi, amma zirzəmilərdə qanunsuz istehsal olunan dondurmalar birbaşa insanın sağlamlığına ziyan vurur.

Səriyyə Mansurova — aktrisa

Azərbaycan istehsalı olan dondurmanı yemirik. Səbəb bəziləri çox şirin, bəziləri çox buzlu olduğu üçündür. Biz Sovetlər dövrünün usaqları dondurmanın ləzzətini bilirik. Öz övladlarımıza da ona görə seçimdə diqqətli olmağı öyrədirik.

Taleh Cəfərli — tələbə

Axırıncı dəfə Azərbaycan istehsalı olan dondurmanı yeyəndə içindən çıxmayan heyvan tükü qalmadı, o gündən dondurmaya tövbəliyəm.

Nəbi Haciyev — fəal gənc 

Sexlərdə istehsal olunanlar demək olar ki, keyfiyyətsizdi. Bir az bahalı olanlar nisbətən yaxşıdır. Amma xaricdən idxal olunanlara daha çox tələbat var. Onlar da təəssüf ki, çoxunun cibinə uyğun deyil.

Elmir Ağayev — jurnalist

Dondurma sexlərinin bir-ikisində olmuşdum. Şərait və təmizlik cəhətdən vəziyyətləri heç də ürəkaçan deyildi.

Həm də həddən çox şirin olur dondurmalar. Sanki, "şirin çayı" xatırladır.

Bəzi insanlar düşünür öz malımızı alaq, xeyir özümüzə qalsın. Daha beləsini də yox da!?

Bundansa 20-30 qəpik baha olsun, amma  sağlıqlı bir şey qəbul edəsən…

Rusiyanın istehsal etdiyi dondurmalar bizimkilərdən elə də baha deyil, amma daha keyfiyyətlidir.

Ləman Qocayeva — evdar qadın

Azərbaycanda xaricdən gələn dondurma yoxdu, yalnız qabları gəlir.

Rumiyyə Miraslan — jurnalist

Bizim dondurmalarımız çox keyfiyyətsizdir. Verdiyin pulu küçəyə atırsan. bir ara üzərində CCCP yazılmış dondurmalar var idi, qiyməti baha olsa da dadı yaxşı idi. Ancaq sonra onların da keyfiyyəti itdi. Dondurmanı KFC-də dadlı verirdilər, o gün onun da içindən cücü çıxdı (facebookda paylaşmışdılar). İndi ləzzətli dondurma üçün bircə MADO qalıb. Orda da dondurmanın içindən tarakan çıxmasa yaxşıdır.

Anar İsmayılov — bank mütəxəsisi

Azərbaycanda yüksək texnologiya mövcuddur. Bu danılmazdır. Mütəxəssislər də kifayət qədərdir. Istər yerli, istərsə də əcnəbi. Yalnız yüksək keyfiyyətli yerli məhsul qiymət baxımınnan baha satılır. Bu səbəbdən mən alıcı qismində olduqda xarici istehsal olunan dondurmaya üstünlük verirəm. Bu həm keyfiyyət, həm dizayn, həm də reklamdan irəli gəlir. Bir sözlə bunları bizə aldıran həmin şirkətlərin marketinqidir.

Xəbər lenti
0