BAKI, 21 may — Sputnik. İnanılmaz işgəncə üsulları ilə tanış olun.
Bu barədə Sputnik milliyet-ə istinadla xəbər verir.
Qətranlı papaq
Qətranlı papaq üsulu. Bu işgəncə üsulu 1798-ci ildə İrlandiyada baş verən qiyamda iştirak edənlərə qarşı istifadə edilib. Təqsirkarlar sərt kətan parçadan düzəldilmiş və içi qaynadılmış qətranla doldurulmuş bir papağın başlarına keçirilməsi yolu ilə cəzalandırılırdı və papaq çıxarılarkən günahkarın saçları və hətta baş dərisi papaqla birlikdə bədəndən ayrılırdı.
“Sərxoş paltosu”
“Sərxoş paltosu” adı verilən bu işgəncə üsuluna görə təqsirkarlar “sərxoş paltosu” geymək məcburiyyətində idilər. Bu palto əl və başın çölə çıxa bilməsi üçün üzərində dəliklər açılmış bir çəlləkdir. Bu işgəncənin məqsədi həm təqsirkarı cəmiyyət içində utandırmaq, həm də hərəkət qabiliyyətini məhdudlaşdırmaqdır. Üzərinə keçirilmiş bir çəlləklə şəhərdə gəzmək məcburiyyətində idilər.
“Uelscə olmaz”
1847-ci ildə İngilis hökuməti Uelsdəki təhsil sisteminin inkişaf etmədiyini əks etdirən bir məlumat nəşr edib və uelsli uşaqların kifayət qədər yaxşı bir təhsil almadığını bildirib. Bundan sonra səlahiyyətlilər Uelsdəki insanların ana dili olaraq ingilis dilini mənimsəməsini vəziyyəti düzəldəcəyinə qərar verdilər və uelsli uşaqlara məktəbdə yalnız ingilis dilində danışmaq zəruriliyini gətirdilər. Və o andan etibarən Uels dilində (Kelt dillərinə aid dildir. İngiltərəyə bağlı Uelsin rəsmi dilidir) danışan tələbələr üzərində "Welsh Not" (“Uelscə olmaz”) ifadəsinin baş hərflərini saxlayan taxta bir blokla cəzalandırılmaya başlandı. Taxta bloku tələbələrin boyunlarından asırdılar.
Taxta boyunduruq
Çində istifadə edilən bir işgəncə üsulu olan taxta boyunduruğun istifadəsinə dair ən köhnə mənbə 17-ci əsrə söykənir. Taxta boyunduruqların bir çox fərqli növü olmasına baxmayaraq, əsasən, hamısı eyni funksiyaya sahibdir. Təqsirkarın boynuna böyük bir taxta çərçivə keçirilərək əllərini ağzına aparmasına maneə törədilir və günahkar özünü bəsləyə bilmir. Yəni, qısacası, taxta boyunduruqla cəzalandırılan bir insan, yemək yemək və gündəlik işlərini həll etmək üçün ətrafındakı insanlara möhtac qalırdı.
Sahə cəzası
Bu işgəncə təqsirkarın hər gün bir neçə saat ərzində bir dirəyə bağlı dayanmasını ehtiva edirdi və bir vəzifəli şəxs müəyyən aralıqlarla gəlib günahkara nəzarət edirdi.
Yerə basdırılmış paya
Paya, Orta çağ Avropasının son dövrlərində, xüsusilə də orduda istifadə edilmiş bir işgəncə üsuludur. Günahkar yerə basdırılmış payanın üzərində biləklərindən asılı bir şəkildə və ayaqlarından biri payanın üstünə gələcək şəkildə dayanmaq məcburiyyətindədir. Bu mərhələdə günahkar özünü yuxarı çəkərək ağrısını yüngülləşdirmək istəyir lakin, bu dəfə də ağrını bağlı olan biləklərində hiss edəcək. İki ucu iti qılınc deyə buna deyilir.
Kəndirlərin ayaqlanması
Bu işgəncə 18-ci və 19-cu əsrlərdə həbsxanalarda istifadə edilmiş bir cəzalandırma üsuludur. O zamanlar gəmilərin köhnələn kəndirləri kəsilir və bu kəndirlər məhkumlar tərəfindən ayaqlanırdı. Daha sonra bunlar qətranla qarışdırılaraq taxta gəmilərin su buraxan yerlərinə sürtülür, gəmilərin daha möhkəm hala gəlməsini təmin edirdi. Bu üsul o zamanlar bir çox fərqli həbsxanada tətbiq edilib və gəmilər metaldan istehsal edilənə qədər davam edib.
İşgəncə ilə sınama
Eyni zamanda "Tanrının hökmü" adı ilə də bilinən bu cəzalandırma üsulu ittihamla əlaqədar kafi dəlilin olmadığı zamanlarda şübhəlinin günahkar olub olmadığına tanrının qərar verəcəyi inanışı ilə meydana gəldi. Bu sınamalar bir çox fərqli şəkildə reallaşırdı. Bir duel ilə sınandığında şübhəlinin bunu qazanması lazım idi. Bir başqa sınaq isə ittiham edilənin əllərini qaynar suya salaraq dibdəki bir daşı çıxarması tələb olunurdu və əgər şübhəlinin əllərində üç gün sonra hələ də yara izləri varsa bu onun günahkar olduğu mənasını verirdi.
Ayaq dəyirmanı
Bu qurğu 19-cu əsrdə İngiltərə həbsxanalarında sıxlıqla istifadə edilən bir işgəncə alətiydi. Bu qurğuda günahkarların düz bir yerdə deyil, yuxarı doğru getmək məcburiyyətində olmaları idi.