BAKI, 21 may — Sputnik. Fransadan Küveytə uçuş həyata keçirən "Boeing" təyyarəsinin pilotları yuxuladığından uzun müddət İtaliya və Yunanıstandan olan dispetçerlərlə əlaqəyə çıxmayıblar.
RİA Novosti-nin verdiyi xəbərə görə, insident "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasından 15 saat sonra baş verib.
Hadisə ilə bağlı həyəcan siqnalı verilib, İtaliya və Yunanıstanın baş nazirləri, həmçinin NATO məlumatlandırılıb.
Təyyarə Yunanıstanın paytaxtı Afina şəhərinin hava məkanına daxil olan zaman havaya dərhal iki ədəd "F-16" qırıcısı qaldırılıb. Qırıcılar laynerə yaxınlaşan zaman məlum olub ki, "Boeing"in hər iki pilotu yatıb.Fransadan Küveytə uçan təyyarənin pilotlarının yatması qırıcıları havaya qaldırıb.