BAKI, 21 may — Sputnik. Astara rayon sakini Kənan Mirzəzadə 1 kq heroini və 400 qr tiryəki satarkən tutulub.
Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Göyşaban kəndində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram heroini və 400 qram tiryəki satarkən tutulub.