CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərs buraxmağa görə cərimə rəsmən ləğv edilib

© AZƏRTACİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir.

BAKI, 20 may — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir.

Qeyd edək ki, həmin maddədə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulurdu.

Xəbər lenti
0