BAKI, 20 may — Sputnik. Bu gün saat 12 radələrində Bərdə ASAN Xidmət mərkəzində xidmət alan vətəndaşlar və əməkdaşlar binadan evakuasiya olunub. Sputnik-in əldə etdiyi məlumata görə, buna səbəb Fövqaladə Hallar Nazirliyinin Qarabağ regional idarəsinin həyata keçirdiyi təlim olub.
Təlim vaxtı əməkdaşların iştirakı ilə bədbəxt hadisənin teatrallaşdırılmış oyunu canlandırılıb. Binada olan əməkdaşlar binadan təxliyyə olunub. Yanğınsöndürmə əməkdaşları, xilasedicilər şərti qəzanın aradan qaldırılması planını icra edib.