Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycandilli oğlan rusdilli qızla hansı rəqsi oynaya bilər?

© Sputnik / Murad OrujovRəqs üzrə Azərbaycan çempionatında altı ölkə iştirak edəcək
Rəqs üzrə Azərbaycan çempionatında altı ölkə iştirak edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 22-də Bakıda rəqs çempionatı keçiriləcək. Azərbaycan rəqs çempionatı bu il açıq status daşıyır və 6 ölkədən qonaqların gəlişi gözlənilir.

Azərbaycan dilli oğlan rusdilli qızla hansı rəqsi oynaya bilər?
BAKI, 20 may — Sputnik. Azərbaycan rəqs çempionatı 11 nominasiya üzrə keçiriləcək. Bunu Sputnik Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Rəqslər Assosiasiyasının sədri Əziz Əzizli bildirib.
Rəqqaslar - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan rəqqasları üç nəfərin çörəyini yeyir

O, qeyd edib ki, mayın 22-də keçiriləcək açıq Azərbaycan rəqs çempionatında əvvəlcə 6 nominasiya üzrə yarışlar planlaşdırılmışdı, sonra isə onları sayı artırılıb: "Azərbaycan rəqs çempionatı bu il açıq status daşıyır və biz 6 ölkədən qonaqlarımızı gözləyirik. Azərbaycan çempionatı artıq 5-ci ildir ki keçirilir, amma belə irimiqyaslı tədbir kimi birinci dəfədir".

"Həmin çempionatda 6 min iştirakçı gözlənilir. Rəqs çempionatları bir idman növü kimi artıq bütün dünyada 60 ildən çoxdur ki, keçirilir. Bu il bizim tədbirimiz Bakı İdman Zalında keçiriləcək. Azərbaycanın regionlarından 22 iştirakçı gözlənilir, ən çox iştirakçı isə Bakı və Abşeron zonasından olacaq", — Ə. Əzizli bildirib.

Ekspert, eləcə də rəqs sənətində baş verən dəyişikliklərdən söz açıb: "90-cı illərdə biz qəbul edirdik ki, cavanlar iki hissəyə bölünürdülər: rusdillilər və azərbaycandillilər. Azərbaycandilli uşaqlar əsasən milli rəqsləri öyrənib xarici rəqsləri və baleti ələ salırdılar. Rayon yerlərindən gələn uşaqlar üçün balet qeyri-adi hadisə idi. Oxşar qarşıdurmalar daim baş verirdi. İndi isə vəziyyət fərqlidir".

"Mən xarici rəqsləri öyrənən çoxsaylı azərbaycandilli cavanlar görürəm. Azərbaycandilli oğlanın rusdilli qızla latın rəqsini oynadığını belə görmək olar. Onlar bir-birilərini rəqs dili ilə çox yaxşı anlayırlar", — deyə o bildirib.

Əməkdar artist Tahir Eynullayevin sözlərinə görə isə, oxşar çempionatların keçirilməsi rəqs sənəti üçün çox önəmlidir: "Bu müsabiqədə bizim həm bölgələrdə, həm Bakı şəhərində tanınmayan rəqs qrupları bu müsabiqəyə gəlib tanınır, onlara münsiflər heyəti tərəfindən məsləhətlər verilir. Yəni bu həm kömək, həm özünü doğrultmaq, həm də rəqs mədəniyyətini yaşatmaq deməkdir. Müsabiqə bütün kollektivləri bir araya yığır. Bu, eləcə də müəllimlər və valideynlər üçün vacibdir. Mənə elə gəlir ki, bu müsabiqə rəqs sənəti üçün həm bayram, həm də böyük töhvə verən bir tədbirdir".

Qeyd edək ki, Azərbaycan rəqs çempionatda 19 nəfər münsif iştirak edəcək ki, onların 11-i festival proqramına nəzarət edəcəklər.

Xəbər lenti
0