BAKI, 20 may — Sputnik. "Ölkəmizin ən dəyərli humanizm dəyərlərinə əsaslanaraq 28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsini təklif edirəm".
Sputnik xəbər verir ki, bu fikirləri, parlamentin hazırda davam edən iclasında, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva səsləndirib.
Birinci xanımın sözlərinə görə, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib: "28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinə əsasən ümumilikdə 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir".