Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Pantomimanın "Son Ştrix"i Gürcüstanda göstəriləcək

© Wikipedia / Publıc DomaınDövlət Pantomima Teatrı
Dövlət Pantomima Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Festivalda Azərbaycandan başqa, Polşa, Yaponiya və ev sahibi Gürcüstanın Dövlət Pantomima Teatrının tamaşaları nümayiş olunacaq

BAKI, 20 may — Sputnik. Pantomima Teatrı festivala gedir. Bu haqda Sputnik-ə teatrın direktoru Elman Rəfiyev məlumat verib.

Teatr Gürcüstanın paytaxtı Tbilisi şəhərində 20-24 may tarixlərində keçirilən Beynəlxalq Pantomima Teatr Festivalında iştirak edəcək. Teatr festivalda Azərbaycanı B. Xanızadə və B. Əhmədlinin "Son Ştrix" tamaşası ilə təmsil edəcək.

Festivalda Azərbaycandan başqa, Polşa, Yaponiya və ev sahibi Gürcüstanın Dövlət Pantomima Teatrının tamaşaları göstəriləcək. Qeyd edək ki, festivalda göstəriləcək tamaşada Əməkdar artist Elman Rəfiyev, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rustəmov və Rafiz Mehdizadə oynayacaq.

Xəbər lenti
0