Məşhur jurnal bu dəfə Rusiya və Ukraynanı təhqir etdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçid"Eurovision" mahnı müsabiqəsinin qalibi Camala
Eurovision mahnı müsabiqəsinin qalibi Camala - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın qalmaqallı "Charlie Hebdo" jurnalı öz səhifəsində "Eurovision"un Ukrayna təmsilçisi, müsabiqənin qalibi olmuş Camala ilə rusiyalı müğənni Sergey Lazarevin donuz obrazında karikaturalarını yayımlayıb

BAKI, 20 may — Sputnik. Fransanın qalmaqallı "Charlie Hebdo" jurnalı bu dəfə "Eurovision" mahnı müsabiqəsinə "ilişib". Sputnik lenta.ru-ya istinadən xəbər verir ki, Fransanın satirik "Charlie Hebdo" jurnalı "Eurovision-2016" müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib.

Məlumata görə, jurnal öz səhifəsində Ukrayna təmsilçisi, müsabiqənin qalibi olmuş Camala ilə rusiyalı müğənni Sergey Lazarevin donuz obrazında karikaturalarını yayımlayıb. Müəllif karikaturaya bu qeydləri əlavə edib: "Ukrayna "Eurovision"da Rusiyanı "döydü". İstedad siyasətə yenildi".

© Photo : SOCIAL NETWORKS"Charlie Hebdo" jurnalı "Eurivision-2016" müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib
Charlie Hebdo jurnalı Eurivision-2016 müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib - Sputnik Azərbaycan
"Charlie Hebdo" jurnalı "Eurivision-2016" müsabiqəsində Ukrayna və Rusiyanı təmsil etmiş müğənniləri təhqir edib

Xəbər lenti
0