Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Lenfilmin filmlərinə baxmaq şansı

Abunə olmaq
Nizami Kino Mərkəzində “Bakıda Peterburq görüşləri” layihəsi çərçivəsində Lenfilm kinostudiyasının çəkdiyi filmlərin nümayişi keçirilir.

BAKI, 19 may — Sputnik. Mayın 18-dən 20-dək Nizami Kino Mərkəzində Sankt–Peterburq hökümətinin xarici əlaqələrlər üzrə Komitəsinin, Rusiya səfirliyinin, Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən “Bakıda Peterburq görüşləri” layihəsi çərçivəsində Lenfilm kinostudiyasının çəkdiyi filmlərin nümayişi keçirilir.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, üç gün ərzində şəhər sakinləri və qonaqlar Lenfilm kinostudiyasının film kolleksiyasından ayrı-ayrı illərdə çəkilmiş filmləri izləyə biliblər. Dünən onlar “Moy dobrıy Papa” (1970) filminə, bu gün isə “Poklonnitsa” filminə (2012) baxıblar. Sabah saat 18:30 –da – “Kontribusiya” filmi (2016) nümayiş etdiriləcək.

Qeyd edək ki, seanslara giriş sərbəstdir.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycanla Sankt-Peterburq arasında  ikitərəfli elm, təhsil,  mədəni əlaqələrin möhkəmlənməsi və  genişləndirilməsidir.

Xəbər lenti
0