SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın XİN rəhbəri Fransanın Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb

© Photo : mfa.gov.azXarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Jan-Mark Eyro
Xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Jan-Mark Eyro - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər

BAKI, 19 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə Fransa XİN-də işçi nahar təşkil edilib. Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb - Sputnik Azərbaycan
Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb

Bildirilir ki, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər: "Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr apardı".

Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi apardı. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd etdi.

Xəbər lenti
0