Fransa prezidentindən təyyarə qəzası ilə bağlı önəmli açıqlama

© elysee.frFransa prezidenti Fransua Olland
Fransa prezidenti Fransua Olland - Sputnik Azərbaycan
Abunə olmaq
Fransua Olland: "Qəza ilə bağlı heç bir versiyanı təkzib etmirik, heç bir versiyaya da üstünlük vermirik"

BAKI, 19 may — Sputnik. "Biz Paris-Qahirə reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə bağlı heç bir versiyanı təkzib etmirik, heç bir versiyaya da üstünlük vermirik".

Sputnik The Guardian-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland mətbuata açıqlamasında deyib: "Bəli, göyərtəsində çoxlu sayda sərnişin olan A320-232 təyyarəsi qəzaya uğrayıb. Həyatını itirənlərin yaxınlarına başsağlığı diləyirəm. Təyyarənin qəzaya uğraması ilə bağlı heç bir versiyanı təkzib etmirik, heç bir versiyaya da üstünlük vermirik".

SilkWay aviəşirkətinə məxsus təyyarə. Arxiv şəkli - Sputnik Azərbaycan
"Silk Way"-in qəzaya uğrayan təyyarəsi 1 milyon dollar dəyərində sığortalanıbmış

Fransadan Misirə uçan "Airbus A320-232 " təyyarəsi Yunanıstanın Aralıq dənizindəki Karpatos adasının sahilinə düşüb. Misirin "Egypt Air" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur. Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Xəbər lenti
0