BAKI, 19 may — Sputnik. Ayaz Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sputnik president.az saytına istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.