BAKI, 19 may — Sputnik. “SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi ilə təmasdadır. Bu barədə XİN sözçüsü Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi də Əfqanıstan tərəfi ilə təmasa keçib.
"Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür", deyə Hacıyev əlavə edib.