Səmada peyda olan qeyri-adi alov sakinləri qorxuya salıb

© REUTERS / Amr Abdallah DalshEgyptAir aviaşirkətinə məxsus təyyarə Qahirə hava limanına eniş etməyə hazırlaşır. Arxiv şəkli
EgyptAir aviaşirkətinə məxsus təyyarə Qahirə hava limanına eniş etməyə hazırlaşır. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Misir təyyarəsinin itdiyi ehtimal edilən Egey dənizindəki Karpatos adasının sakinləri gecə gördüklərini danışıdıblar. Onlar əvvəlcə bu alovun başqa planetdən gələn yad cisimə aid olduğunu düşünüblər.

BAKI, 19 may-Sputnik. Yunanıstan hökuməti bəyan edib ki, qəzaya uğramış "Egypt Air" aviaşirkətinə məxsus A320 təyyarəsi yunan adası Karpatosun yaxınlığında düşüb. Bu ada Egey dənizində yerləşir. Sputnik-in məlumatına görə, bu barədə SkyNews Arabia xəbər verib.

SilkWay aviəşirkətinə məxsus təyyarə. Arxiv şəkli - Sputnik Azərbaycan
"Silk Way"-in qəzaya uğrayan təyyarəsi 1 milyon dollar dəyərində sığortalanıbmış

Bundan əvvəl yunan hökuməti bildirmişdi ki, Aralıq dənizindəki adaların sakinləri gecə Misir aviaşirkətinə məxsus təyyarənin düşdüyü vaxt səmada qeyri-adi alov işartıları gördüklərini və bundan heyrətləndiklərini deyiblər. Onlar əvvəlcə bu alovun başqa planetdən gələn yad cisimə aid olduğunu düşünüblər. Alov yerə enib. Onun dənizə, yaxud quruya düşdüyünü müəyyən edə bilməyiblər.

Qeyd edək ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Paris-Qahirə reysini yerinə yetirən zaman radarlardan itib. Təyyarənin göyərtəsində 58 sərnişin və 10 heyət üzvünün olduğu müəyyənləşdirilib.

"MS804" reysi üzrə uçan təyyarə mayın 18-də "Şarl-de-Qoll" hava limanından Paris vaxtı ilə 23:09-da havaya qalxıb. Yunanıstanın hava məkanına daxil olduqdan 20 dəqiqə sonra radardan itib.

Xəbər lenti
0