CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarınızı Bakının bu ərazisindən uzaq tutmağınız məsləhətdir

© Sputnik / Fuad HasanovBakının Nizami küçəsi
Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Son vaxtlar mağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar valideyni narahat etməyə başlayıb. Bu məsələyə dair qanunvericilikdə hansısa hədd göstərilməsə də, paytaxt sakinləri və mütəxəssislər "həyacan siqnalı" verirlər.

BAKI, 19 may — Sputnik. Bura köhnə adı ilə "Tarqovı", yeni adı ilə Nizami küçəsidir. Hər gün minlərlə, on minlərlə insanın gedib-gəldiyi, gəzdiyi, şəhərin ən sıx və ən gur küçəsidir.

Bu küçə lap keçmişdən paytaxtın ticarət mərkəzi olub. Varlı təbəqəni təmsil edən insanlar alış-veriş üçün daha çox bura üz tuturdular. Bu ənənə elə indi də davam edir desək, yanılmarıq. Çünki dünyada ən çox tanınan, brend mağazaların filialları paytaxtın Nizami küçəsində, "Tarqovı"da fəaliyyət göstərir.

İş orasıdır ki, bu gün bu yer tək ticarət zonası yox, həm də istirahət zonası sayılır. Dəbdəbəli kafelər, restoranlar, publar 24 saat əhaliyə xidmət göstərir. Valideynlər öz uşaqlarını da yanına alıb bura gəzməyə gəlirlər.

Amma bu gəzintilər çox vaxt ailələrin ürəyincə olmur. Çünki "Tarqovı"da, əsasən də son vaxtlar mağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar bir çox valideynləri narahat edir. Ərazidə söhbət apardığımız orta yaş və yaşlı təbəqənin təmsilçiləri də həddi aşan reklam lövhələrindən şikayətçidirlər.

6 yaşlı qızı ilə gəzintiyə çıxan Ömər Orucov, bəzi reklamların ucbatından tez-tez səmtini dəyişdiyini deyir: "Məncə, belə reklam lövhələri düzgün deyil. Başa düşürəm, biz dünyəvi dövlətik, azad seçim var, amma bu qədər dərininə getmək olmaz. Azadlığın da bir həddi olmalıdır. Bu mağazanı işlədən öz körpə qızına göstərər bu şəkilləri? Yox göstərməz. Onda niyə başqalarına rahat göstərirlər?".

© Sputnik / Fuad HasanovMağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar bir çox valideynləri narahat edir.
Mağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar bir çox valideynləri narahat edir - Sputnik Azərbaycan
1/4
Mağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar bir çox valideynləri narahat edir.
© Sputnik / Fuad HasanovBəzi reklamların ucbatından azyaşlı övladları ilə gəzintiyə çıxan valideynlər yollarını dəyişməyə məcbur olurlar.
Bəzi reklamların ucbatından azyaşlı övladları ilə gəzintiyə çıxan valideynlər yollarını dəyişməyə məcbur olurlar - Sputnik Azərbaycan
2/4
Bəzi reklamların ucbatından azyaşlı övladları ilə gəzintiyə çıxan valideynlər yollarını dəyişməyə məcbur olurlar.
© Sputnik / Fuad HasanovNizamı küçəsində yerləşən mağzalardan birinin vitrinindəki alt geyimi reklamı.
Nizamı küçəsində yerləşən mağzalardan birinin vitrinindəki alt geyimi reklamı - Sputnik Azərbaycan
3/4
Nizamı küçəsində yerləşən mağzalardan birinin vitrinindəki alt geyimi reklamı.
© Sputnik / Fuad HasanovBelə geyimlərin açıq şəkildə reklam olunması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır.
Belə geyimlərin açıq şəkildə reklam olunması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır - Sputnik Azərbaycan
4/4
Belə geyimlərin açıq şəkildə reklam olunması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır.
1/4
Mağazaların vitrinlərinə vurulan açıq-saçıq reklamlar bir çox valideynləri narahat edir.
2/4
Bəzi reklamların ucbatından azyaşlı övladları ilə gəzintiyə çıxan valideynlər yollarını dəyişməyə məcbur olurlar.
3/4
Nizamı küçəsində yerləşən mağzalardan birinin vitrinindəki alt geyimi reklamı.
4/4
Belə geyimlərin açıq şəkildə reklam olunması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır.

Keçirdiyimiz sorğuya Türkiyə vətəndaşları olan Qalip Güleryüz və həyat yoldaşı Berna Sakin də münasibət bildirib. Azərbaycana turist kimi gəldiklərini deyən cütlük, belə problemin tək Bakıda yox, yaşadıqları İzmir şəhərində də mövcud olduğunu söyləyib.

"Çox doğru mövzu seçmisiniz. Bizim şəhərdə də buna oxşar reklamlar çoxdur. Kənardan adi görünür, amma əslində elə deyil. Biz gərək həssas olaq. Bir az ciddi yanaşaq belə məsələlərə", — B. Sakin deyib.

Onun sözlərinə görə, bu ərazi hər gün minlərlə insanın ayaq basdığı məkandır: "Söhbət böyüklərdən getmir, uşaqlar da keçir bu küçədən. Onları körpə yaşlarından şəhvətə meylləndirmək olduqca acı nəticələr verər".

Mağazaların vitrinlərinə yerləşdirilən şəkilli reklam lövhələri ilə bağlı hansısa bir limit varmı? Bunlar qanunla tənzimlənirmi? Bu suala cavab almaq üçün Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyevlə əlaqə yaratdıq. Onun Sputnik-ə verdiyi məlumata görə, hazırda mağaza vitrinlərinə yerləşdirilən şəkilli lövhələrlə bağlı qanunda hansısa bir maddə yoxdur.

"Bildiyim qədəri ilə, hazırda qanunvericilikdə vitrin reklamları barəsində hansısa qayda yoxdur. Ancaq nəzarət var. Həddindən artıq açıq-saçıq şəkillərə icazə verilmir. Bu qaydanı pozanlar cərimələnirlər", — H. Atakişiyev bildirib.

Buna baxmayaraq, İttifaq prezident deyir ki: "Yaxşı olardı, məsələ hökumətin də gündəminə gəlsin və qanunla tənzimlənsin. Biz müsəlman ölkəsiyik. Ona görə də belə şeylərə yol verməməliyik".

Xəbər lenti
0