Obama Ərdoğana söz verdi

© AFP 2024 / FATIH AKTASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və prezidenti NATO müttəfiqi kimi Türkiyənin təhlükəsizliyinə sadiqliyini ifadə edib

BAKI, 19 may — Sputnik. Birləşmiş Ştatlar və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan telefonla Suriyadakı vəziyyəti və İŞİD terror qruplaşması ilə mübarizə formalarını müzakirə ediblər. Sputnik RİA-ya istinadən xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

"Obama və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər. Onlar İŞİD-in məhv edilməsi, təşkilatın Türkiyə, Avropa və onun hüdudlarından kənarda terror aktları həyata keçirmək səylərinin qarşısının alınması üçün təcili tədbirlər görülməsində razılaşıblar", — deyə məlumatda qeyd olunub.

Ağ evdən bildirilib ki, Obama, atəşkəsin dəstəklənməsi və Suriyada keçid hökuməti üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib: "Hər iki prezident PYD də daxil olmaqla, bütün terror qruplaşmaları ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Obama NATO üzrə müttəfiqi kimi Türkiyənin təhlükəsizliyinə sadiqliyini ifadə edib".

Xəbər lenti
0