SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin yeni baş naziri bəlli oldu

© Sputnik / Anton Denisov / Mediabanka keçidВид на Анкару. Архивное фото
Вид на Анкару. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
AKP-dən olan deputatlar və nazirlərin çoxu bu şəxsin baş nazir postuna namizədliyini dəstəkləyib.

BAKI, 18 may – Sputnik. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım ölkənin baş naziri vəzifəsinə namizəd olacaq.

Sputnik Türkiyənin Milliyet qəzetinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar və nazirlərin çoxu Binəli Yıldırımın baş nazir postuna namizədliyini dəstəkləyib.

Məlumatda qeyd olunub ki, AKP-nin Mərkəzi İdarə Heyətinin mayın 19-da keçiriləcək toplantısından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq. Həmin şəxsin Binəli Yıldırım olacağı gözlənilir.

Xəbər lenti
0