BAKI, 18 may – Sputnik. Cənubi Amerika ölkəsi Ekvadorun qərbində 6,7 bal gücündə zəlzələ olub.
Sputnik Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət agentliyi məlumat yayıb.
Xəbərə görə, yeraltı təkanın mərkəzi Muisne şəhərində 26 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, bu il aprelin ortalarında Ekvadorda baş verən zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirmişdi.