BAKI, 18 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Fransaya işgüzar səfərə yola düşüb. Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində E. Məmmədyarovun fransız həmkarı Jan-Mark Ayrolt və Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşləri nəzərdə tutulub.