Avropada yeni dalğa: "Rusiyaya qarşı sanksiyalara son qoyulsun!"

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq İtaliya və Almaniyada iş adamları sanksiyaların aradan qaldırılması ilə bağlı hərəkətə keçiblər. Bu fikrin tərəfdarları hesab edirlər ki, sanksiyalar milli iqtisadiyyatlara mənfi təsir edir.

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları götürərsə...
BAKI, 18 may — Sputnik. İtaliyanın Veneto bölgəsində Krımla bağlı Avropa İttifaqının siyasətini pisləməyə və anti-Rusiya sanksiyalarının ləğvinə nail olmağa çağıran qətnamə üçün səsvermə keçiriləcək. Sənədi bölgə şurasının 51 üzvündən artıq 24-ü imzalayıb.
Dmitri Medvedyev - Rusiyanın baş naziri - Sputnik Azərbaycan
RUSİYA
"Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik"

Qətnamənin tərtibçilərindən olan bölgə məsləhətçisi Luçano Sandona "RİA-Novosti"ə bildirib ki, İtaliyada hakim Demokrat Partiyasının nümayəndələri müqavimət göstərsələr belə, qətnamə çox güman ki, qəbul ediləcək: "Biz, bu qətnamənin qəbul olunmasına nail olacağımıza əminik. Əsas odur ki, qətnamədə beynəlxalq hüquqa zidd olan Aİ-nın haqsız siyasəti mühakimə olunacaq. Bu siyasət Krımın parlamenti və xalqı tərəfindən referendumda göstərdiyi iradəni qəbul etmək istəmədi. Biz həmçinin İtaliya iqtisadiyyatına və bizim bölgəyə zərər vurmağa davam edən mənasız anti-Rusiya sanksiyalarının ləğv olunmasını tələb edəcəyik".

Qətnamə layihəsini ilk imzalayan Stefano Valdeqamberi isə bildirib ki, sənəd ciddi itkilərlə üzləşən yerli sahibkarların təkidli xahişləri əsasında hazırlanıb: "Bizim qətnamə mühüm siyasi jestə çevrilməlidir. Bizim İtaliya və Avropa İttifaqının Rusiya ilə bağlı siyasətinə "yox" deməyə cəsarətimiz var. Biz oxşar qətnamə qəbul edən ilk bölgəyik və mən ümid edirəm ki, İtaliyanın digər bölgələri də bizim nümunəyə uyğun davranacaq".

Qətnamənin təsdiq olunduğu təqdirdə, Veneto bölgəsi şurasının sədri Roberto Çambetti və bölgə başçısı Luka Dzaya sanksiyaların ləğv olunması məsələsini İtaliya hökuməti və parlamenti, eləcə də Avropa İtiifaqı institutlarına ünvanlamaq hüququ əldə edəcək. İtaliya senatının xarici əlaqələr komitəsinin rəhbəri Pier Ferdinando Kasini də bildirib ki, bu məsələ ilə bağlı İtaliyada vahid milli mövqe olmalıdır. O, sanksiyaların "kollektiv sui-qəsd" olması fikri ilə razılaşaraq Rusiyanın terrorizmlə mübarizədə İtaliyanın əsas tərəfdaşı olduğunu deyib.

Bir sıra aparıcı alman siyasətçiləri də "Die Welt" qəzetinə müsahibələrində Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının vacib olduğunu dilə gətiriblər.

"Rusiya ilə münasibətlərdə iqtisadi sanksiyaların tez bir zamanda ləğv olunması məqsədə çevrilməlidir", — deyə Saksoniyanın baş naziri Stanislav Tillix bildirib.

Onun sözlərinə görə, Rusiya Almaniyanın mühüm ticarət tərəfdaşıdır və "onu uzun müddətə itirmək olmaz". Tillixin həmkarı, Şimali Reyn federal torpağının baş naziri Qarrelt Duin də Rusiyaya qarşı sanksiyaların ləğvinə aid ümidlərini bildirib.

"Almaniya və Rusiya bir-birilərinə lazımdır. Gərginliyin azalması hər iki tərəf üçün faydalıdır", — deyə Duin bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı yürütdüyü sanksiyaların müddəti 31 iyul tarixində bitir. Onların uzadılması məsələsi isə 28-29 iyun tarixlərində Aİ sammitində müzakirə olunacaq. Güman edilir ki, bəzi Avropa ölkələri məhdudiyyətlərin aradan qaldırılmasını istəyəcəklər. Sanksiyalar Ukraynada baş verən hadisələr və Krımın anneksiyasından sonra gündəmə gəlib.

Xəbər lenti
0