Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hakimin oğlunu öldürən şəxs həbs edildi

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə cinayət işi başlanıb. Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə R.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

BAKI, 18 may — Sputnik. Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimov barəsində cinayət işi başlanılıb. "Report"un əldə etdiyi məlumata görə, o, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rüşvət alarkən - Sputnik Azərbaycan
HADİSƏ
Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə R.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Xəbər lenti
0