CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan çəyirtkə təhlükəsinin qarşısını almağa hazırdır"

© Photo : Report IADövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Camal Quliyev: "Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi"

BAKI, 18 may — Sputnik. "Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır". Sputnik xəbər verir ki, bunu Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

© Photo : Dövlət Fitosanitar Nəzarəti XidmətiDağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub
Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub - Sputnik Azərbaycan
Dağıstanın bir sıra rayonlarında çəyirtkə yayılması səbəbindən fövqəladə vəziyyət elan olunub

Xidmət rəisi bildirib ki, 2015-ci ilin iyun ayının 12-də Abşeron yarımadasına Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Asiya çəyirtkəsi miqrasiya etmişdi: "Qısa müddət ərzində səyyar qərargahlar yaradılaraq, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi".

© Photo : Dövlət Fitosanitar Nəzarəti XidmətiAzərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır
Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır - Sputnik Azərbaycan
Azərbaycan çəyirtkəkimilərlə mübarizəyə həm texniki, həm də kadr baxımından tam hazırdır

"Hər il Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir və maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı məhsullarına ziyan vurmasına imkan verilməsin", — deyə C. Quliyev bildirib.

© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti1040 hektar sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib
1040 hektar sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib - Sputnik Azərbaycan
1040 hektar sahədə mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkəsinin ocaqları məhv edilib

DFNX rəisinin sözlərinə görə, Xidmət tərəfindən bu il də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın rayonlarını əhatə edən qərargahlar yaradılıb: "Bu günə qədər respublika üzrə 3913 sahədə Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılıb. Çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır".

Xəbər lenti
0