BAKI, 17 may – Sputnik. ABŞ prezidenti postuna ən real namizəd Donald Tramp hazırkı dövlət başçısını "ABŞ tarixində ən pis prezident" adlandırıb.
Sputnik xəbər verir ki, bu barədə Tramp öz "twitter" səhifəsində yazıb.
Donald Tramp onun müsəlmanlara qarşı siyasətini tənqid edən Barak Obamaya cavab verib. Milyarder hazırkı prezidenti ölkə tarixindəki ən pis prezident adlandırıb. "Siyasətdə də, həyatda da biliksizlik — məziyyət deyil. Bu Obamanın ABŞ tarixində ən pis prezident olmasının əsas səbəbidir", — Tramp yazıb.