SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropada Suriya danışıqları

© REUTERS / Max RossiГоссекретарь США Джон Керри.
Госсекретарь США Джон Керри. - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən gün Avstriyanın paytaxtına gələrək, ABŞ dövlət katibi Con Kerri, Suriya müxalifətinin bir sıra qruplarının nümayəndələrilə danışıqlar aparıb.

BAKI, 17 may – Sputnik. Avstriyanın paytaxtı Vyanada Rusiya və ABŞ-ın həmsədrləri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü keçirilib.

Sputnik xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən gün Avstriyanın paytaxtına gələrək, ABŞ dövlət katibi Con Kerri, Suriya müxalifətinin bir sıra qruplarının nümayəndələrilə danışıqlar aparıb. 

Görüş zamanı tərəflər Suriyada atəşkəs rejiminin bərqərar olunması üzrə Rusiya-ABŞ razılaşmasının icra olunmasını müzakirə edib.

Razılaşmanın həyata keçirilməsinin müddəti, onun riayət olunmasına nəzarət, eləcə də Suriyada siyasi prosesin işə salınması kimi məsələlər diqqət mərkəzində olub. 

Xəbər lenti
0