BAKI, 17 may — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təşkil edilib və onların sualları cavablandırılıb.
On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi hərbi hissənin əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektləri ilə tanış olublar.
Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.