Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın Avropa İttifaqından gözləntiləri var

© report.azAvropa İttifaqı Şərq Tərəfdaşlığı
Avropa İttifaqı Şərq Tərəfdaşlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin sözlərinə görə, Şərq Tərəfdaşlığı Proqramının reallaşdırılmasında müəyyən problemlər ortaya çıxdığından, tərəflər başqa təkliflər üzərində işləyir

Azərbaycanın Avropa İttifaqından gözləntiləri var
BAKI, 17 may — Sputnik. "Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqların başlanması üçün mandatın verilməsini gözləyirik". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, qarşı tərəfdə bununla bağlı daxili proses gedir.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Bəs, görəsən son zamanlar ikitərəfli söz polemikaları ilə yadda qalan Azərbaycan — Aİ münasibətləri bundan sonra hansı istiqamətdə inkişaf edəcək? Məsələ ilə bağlı Sputnik-ə danışan politoloq Fikrət Sadıxov deyib ki, hazırda Aİ-Azərbaycan münasibətləri inkişaf səviyyəsindədir.

Ekspertin sözlərinə görə, Azərbaycan bu istiqamətdə bəzi addımlar atıb: "Biz hətta bir sıra təşəbbüslər də irəli sürmüşük. Bu təşəbbüslər çərçivəsində biz Aİ ilə müxtəlif layihələrdə əməkdaşlıq etməyə hazırıq və edirik. Amma, bu heç də o demək deyil ki, biz Avropa İttifaqına daxil olmaq fikrindəyik və yaxud həqiqi üzv olmaq planımız var".

O, qeyd edib ki, Azərbaycan sadəcə olaraq bu təşkilatda olan aparıcı dövlətlərin səviyyəsini və orada olmasını nəzərə alaraq bu təşkilatla əməkdaşlığa hazırdır: "Bu hazırlığı dəfələrlə nümayiş etdirmişik. Bəyanatlar da vermişik. Nəinki, bəyanatlar, hətta birgə layihələr çərçivəsində çalışırıq. Bax bu, bizim əsas məqsədimizdir. Biz bu məqsəddən dönmürük. Bunu dəfələrlə demişik".

"Bruseldən Azərbaycana nəyinsə diqtə olunması qəbulolunmazdır. Əgər onlar hesab edirlər ki, bu diqtələrin müqabilində hansısa şərtlərə əməl etməliyik, onda yanlış fikirdədirlər", — deyə təhlilçi vurğulayıb.

Politoloq İlqar Vəlizadənin fikrincə isə, Azərbaycan-Aİ münasibətləri konstruktiv danışıqlar əsasında davam etdirilir: "Bu danışıqlar əsasən yeni sazişin bağlanması ilə əlaqədardır. Bu yeni saziş isə bir çox məsələləri özündə ehtiva edir. Hər halda bu Aİ ilə Azərbaycan arasında strateji münasibətlərin əsasını quran yeni sazişdə əhatə olunacaq. Bu sazişin üzərində işlər gedir".

"Yəni Azərbaycanla Avropa İttifaqı bu layihədə ən azı iki prinsipial məsələnin ətrafında danışıqlar aparmalıdır. Bura həm iqtisadi, həm də təhlükəsizlik məsələləri daxildir", — təhlilçi izah edib.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Vəlizadə deyir ki, hələlik Azərbaycanın xarici siyasəti Avropaya, bizi tam öz əhatə dairəsinə daxil etməyə imkan vermir: "Ona görə də Avropanın Gürcüstanla olan münasibətləri tək Gürcüstana aid deyil, bu, eyni zamanda Qafqaz regiona aiddir. Hansısa bir mərhələdə Azərbaycan da bu inteqral sxemə daxil ediləcək".

"Burada əlbəttə əsas rolu Azərbaycan oynayır. Sadəcə olaraq Gürcüstanın xarici siyasəti onlara imkan verir ki, Gürcüstanı öz inteqral sxemlərinə daha sürətlə və daha sıx şəkildə daxil etsinlər. Ötən illər Aİ Şərq Tərəfdaşlıq Proqramını həyata keçirməklə bu problemləri həll etmək istəyirdi. Amma, vəziyyət göstərdi ki, ŞTP bu siyasəti həyata keçirmək üçün Avropaya lazimi şərait yaratmır", — siyasi şərhçi deyib.

Onun sözlərinə görə, ötən il Şərq Tərəfdaşlığı Proqramının reallaşdırılmasında müəyyən problemlər ortaya çıxdı, indi isə tərəflər başqa təkliflər üzərində işləyir: "Azərbaycan tərəfi Avropa tərəfinə təklif edib ki, bu proqramdan əlavə olaraq qarşılıqlı münasibətləri yeni saziş üzərində quraq. Əslində bu o deməkdir ki, Şərq Tərəfdaşlıq Proqramı öz yerində, amma, bir çox məsələlər var ki, bu proqram onları əhatə etmir. Ona görə də biz ayrıca bir sənədin imzalanmasını zəruri hesab edirik".

İ. Vəlizadə hesab edir ki, Şərq Tərəfdaşlıq Proqramı Azərbaycan-Aİ münasibətlərini tam əhatə etmir. O düşünür ki, Azərbaycanın Qərbə inteqrasiya siyasətində özü üçün çərçivə müəyyənləşdirib, ona görə də özünü ŞTP-də təsbit olunmuş bir çox məsələlərdən kənarda qoyur.

Xəbər lenti
0