Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yolların bərbad çəkilməsinə görə kim məsuliyyət daşıyır?

© Sputnik / Fuad HasanovBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada yolların təmiri və çəkilməsində yol verilmiş xətalara görə məsuliyyət sərtləşdirlilir. Azərbaycanda avtomobil yollarının təmirdən sonra yenidən qazıldığını nəzərə alsaq, bu məsələnin bizdə də daim aktual olduğunu qeyd edə bilərik.

Yolların bərbad çəkilməsinə görə hansı qurum məsuliyyət daşıyır?
BAKI, 17 may — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedyev Dövlət Dumasına qanun layihəsi təqdim edib. Layihə yolların təmiri və saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət haqqındadır.

© Sputnik / Murad OrujovГлава Общественного объединения Həyat ("Жизнь") Азер Аллахверанов
Глава Общественного объединения Həyat (Жизнь) Азер Аллахверанов - Sputnik Azərbaycan
Глава Общественного объединения Həyat ("Жизнь") Азер Аллахверанов

Belə ki, yeni qanun qaydaları pozanlar üçün cəzaları sərtləşdirəcək, oxşar pozuntulara isə məhkəmələr baxacaq. Rusiya Nazirlər Kabinetində hesab edirlər ki, bu qanun yolların vəziyyəti səbəbindən baş verən yol nəqliyyat hadisələrinin azalmasına səbəb olacaq.

Azərbaycanda da avtomobil yollarının ildə bəzən bir neçə dəfə təmirə dayandığını və yaxud da təmirdən sonra yenidən qazıldığını nəzərə alsaq, bu məsələnin bizdə də daim aktual olduğunu qeyd edə bilərik. "Həyat" İctimai Birliyinin sədri, yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda yolların təmiri ilə bağlı məsuliyyəti onları təmir edən qurumlar daşıyır: "Yollar təmir olunursa, təmirə cavabdeh olan qurumlar məsuliyyət daşıyır. Yol təmir olunarkən istismara yararlılığı yoxlanılır, təhvil-təslim məsələləsi tam həllini tapdıqdan sonra yollar açılıb istifadəyə verilir".

"Ola bilər ki, yolda hər-hansı bir qüsur olsun, ola bilər ki, ilkin mərhələdə yolun təmiri zamanı buraxılan nöqsanlar özünü ciddi biruzə verməsin. Lakin bir müddətdən sonra o, özünü göstərirsə, həmin qüsurun aradan qaldırılmasına cavabdeh məhz təmir edən tərəfdir. Bu da birmənalı şəkildə onun üzərində məsuliyyətin olduğunu göstərir", — mütəxəssis qeyd edib.

"Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədovun sözlərinə görə isə, Rusiya təcrübəsinin bizdə həyata keçirilməsinə hazır deyilik. O bildirib ki, qanunvericiliyimiz pis yollara görə məsuliyyəti inkar etmir, lakin bu qanunlar icra olunmur.

"Bundan başqa, yollarda çoxsaylı çuxurlara rast gəlmək olar. Çuxurların dərinliyi 5, uzunluğu 60, eni isə 15 sm-dən artıq olarsa, onların qarşısı müəyən yol-nəqliyyat işarələri ilə alınmalıdır, sürücülər xəbərdar olmalıdırlar. Yoldakı çuxurların çıxıntısı isə 2 sm-dən artıq olmamalıdır. Əgər bunlara riayət olunmazsa, günahkar "Azəravtoyol"dur, məsuliyyəti də o, daşımalıdır", — deyə ekspert bildirib.

© Photo : Ə.Hüseynovun arxivindənЭксперт по вопросам транспорта Эршад Гусейнов
Эксперт по вопросам транспорта Эршад Гусейнов - Sputnik Azərbaycan
Эксперт по вопросам транспорта Эршад Гусейнов

F. Məmmədov təəssüf edir ki, yolların vəziyyəti səbəbindən baş verən nəqliyyat hadisələrində, adətən sürücülər cəzalandırılır, məsul qurumlar isə cəzadan qurtulur. Nəqliyyat sistemindəki oxşar problemlərin həllini isə ekspert cəmiyyətin özündə görür. Onun sözlərinə görə, ictimaiyyət də öz növbəsində haqqını bilib müəyyən addımlar atsa, bu və oxşar problemlərin həlli daha da sürətlənər.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də Sputnik-ə bildirib ki, yolların təmirində baş vermiş xətalara görə məsuliyyəti yolları təmir edən qurum daşıyır: "Yolların salınması və təmiri iki cür olur: maliyyə institutlarının ayırdığı kreditlər hesabına layihələşənlər və daxili investisiyalar hesabına tikilər yollardır. Xarici maliyyə institutlarının ayırdığı kredit hesabına ərsəyə gələn layihələrdə podradçı və məsləhətçi şirkət müəyyən olunur. Tikinti əsasında hər-hansı bir nöqsan olduğu halda məsuliyyəti məsləhətçi şirkət və podradçı daşıyır".

"Onlarla müqavilə imzalanır və həmin məsuliyyət və müddəalar bu müqavilə ilə tənzimlənir. Qəbuldan sonra hər hansı bir qəza baş verdikdə isə, birbaşa olaraq "Avtomobil yolları haqqında" Qanun və "Şəhərsalma və tikinti məcəlləsi" ilə tənzimlənir", — A. Nəcəfli bildirib.

Hüquqşünas Ərşad Hüseynov isə düşünür ki, ümumiyyətlə, yol hərəkətinin təşkilində, yolların təmirində və normal standarta uyğun saxlanılmasında kiməsə ziyan dəyirsə, bunu həmin yolların sahibi və onun vasitəsilə təmir-tikinti işlərini aparanlar daşıyır: ""Yol hərəkəti haqqında" Qanunda belə bir konkret norma var. Burda əsas mülki məsuliyyətdir, cinəyət məsuliyyəti məsələsində bir az mücərrədlik var. Bizdə çox təəssüf ki, yol tikənlərin, təmir edənlərin və yola nişan qoyanların xüsusi məsuliyyəti yoxdur, ancaq ümumi məsuliyyəti var".

Xəbər lenti
0