CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Oruc: "Kimsə sual etsə ki, bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var, mənə elə gəlir ki, bunu Hacıbala müəllimdən başqa heç kim cavablandıra bilməz"

BAKI, 17 may — Sputnik. "Bu gün baxçalar uşaqlarımızın 3-5 faizi üçün də əlçatan deyil. Əksər hallarda bağçalar dövlətin və konkret icra qurumlarının nəzarətindədir. Özəl bağçalar isə kifayət qədər azdır. Bu prosesi isə biz stimullaşdıra bilmirik".

Bakıdakı müasir uşaq bağçalarından biri. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq bağçalarımız müasir standartlara niyə uyğunlaşmır?

Sputnik xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasındakı çıxışı zamanı deyib. "Kimsə sual etsə ki, bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var, mənə elə gəlir ki, bunu Hacıbala müəllimdən başqa heç kim cavablandıra bilməz", — deyə deputat bildirib.

O, əlavə edib ki, bağçaların Bakı Şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti olmamalıdır: "Bağça həqiqətən də gələcək elmin sirlərinin ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri cəmiyyətdə möhkəmləndirək ki, nəhayət bağçalar Təhsil Nazirliyinə qayıtsın. Və baxçalar müxtəlif rayonlarda icra hakimiyyətləri üçün yem yeri olmaqdan çıxsın".

"Bağçada uşaqların "soska"sına göz dikənlər varsa, onlar gələcəkdə onu daha nələrdən məhrum edəcəklərini özləri üçün hesablayırlar", —deyə millət vəkili qeyd edib.

Xəbər lenti
0