Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı

© Flickr / BaudouinPreparat
Preparat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib. Properidin dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb.

BAKI, 17 may — Sputnik. Bu gün keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" Qanunda dəyişikliklərə baxılıb.

Milli Məclis - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna dəyişikliklər edildi

Sputnik xəbər verir ki, dəyişikliyə görə, properidin Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb. AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH —018, JWH —122, JWH —210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə respublika ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib.

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4-metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Millət vəkili Əli Hüseynli qeyd edib ki, son illər ticarət adları "spays" və "bonzai" kimi tanınan bir sıra narkotik vasitələrin, eləcə də psixotrop maddələrin ölkə ərazisində yayılmasına və tranzitinə cəhd göstərilir: "Lakin, həmin vasitələrin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr Siyahısı"na daxil edilməməsi onların qanunsuz dövriyyəsinə görə məsuliyyət tədbirlərinin görülməsini istisna edir".

"Bununla əlaqədar layihədə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının tənzimlənməsi məqsədi ilə edili", — deputat bildirib.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Xəbər lenti
0