Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qanunsuz mərc oyunları keçirilən obyektlərə qarşı reyd

Abunə olmaq
Vergilər Nazirliyi Sumqayıt şəhərində yerləşən 7 obyektdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyini aşkarlayıb. Tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

BAKI, 17 may — Sputnik. Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilib. Nazirliyin Analitik-informasiya şöbəsindən Sputnik-ə verilən məlumata görə, tədbirlər zamanı bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub.

Mərc oyunları - Sputnik Azərbaycan
Artıq mərc oyunlarına yeni qurum nəzarət edəcək

Bildirilir ki, fiziki şəxs Cahangirli Xəqani Qismət oğluna məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada "İnzibati xəta haqqında" protokol tərtib edilib.

Bundan başqa, fiziki şəxs Mirzəyev Ramil Vaqif oğluna məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Cabbarov Rövşən Cabbar oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabbarov barəsində "Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə" akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Vergilər Nazirliyinin "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərarına əsasən, qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq aktlar və "İnzibati xəta haqqında" protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb.

Xətai rayon polis idarəsi - Sputnik Azərbaycan
Kənd sakinin evində qumarxana aşkarlandı

Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Əliyev Rəşad Çingiz oğluna, Bəşirov Ramiz Ağadadaş oğluna, Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və "İnzibati xəta haqqında" protokol tərtib edilib. Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz idman-mərc oyunları, habelə lotereyaların təşkili və keçirilməsi ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdiriləcəkdir.

Xəbər lenti
0