CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta

© Sputnik / Rahim ZakiroğluSaatsaz Şahin Baxşıyev
Saatsaz Şahin Baxşıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Saatını təmirə verən 10 sinifdə oxuyan qız o gedən gedir. Saatsaz əmanəti təmir edir və saxlayır. Üstündən illər keçəndən sonra müştəri geri dönür, bir uşaq qucağında, bir uşaq da əlində...

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. "Rəhmətlik atam Muxtar kişi və əmim Lənkəranın tanınmış ustalarından idilər. Mənim uşaq vaxtlarımdan saatsazlığa böyük həvəsim var idi. Tez-tez atamın saatsaz köşkünə gedərdim. Atamın saatlarının kiçik hissələrini necə söküb təmizlədiyini, sınmış hissələrini necə dəyişdiyini görüb heyran qalırdım və o vaxtdan bu sənətə vuruldum", — deyir Lənkəranın Mərkəzi Bazarında kiçik dükanı olan saatsaz Şahin Baxşıyev.

Artıq 11-12 yaşlarından başlayaraq hər gün atasının saatsaz köşkünə gedib-gəlməyə və bu sənəti öyrənməyə başlayır: "Orta məktəbi natamam bitirib peşə məktəbinə daxil oldum və sürücülüyü öyrəndim, amma sürücü heç vaxt işləmədim. 11 yaşımdan rəhmətlik kişinin yanında şagird oldum, ta əsgər gedənə qədər, yəni 18 yaşıma qədər. Əşgərlikdən qayıdandan sonra atamın xeyir-duası ilə, onun yanında da olsa, tam sərbəst saatsaz işləməyə başladım".

© Sputnik / Rahim ZakiroğluSaatsaz Şahin Baxşıyev.
Saatsaz Şahin Baxşıyev - Sputnik Azərbaycan
1/6
Saatsaz Şahin Baxşıyev.
© Sputnik / Rahim ZakiroğluSaatsazlığı öyrənmək üçün ilk növbədə böyük səbr lazımdır.
Saatsazlığı öyrənmək üçün ilk növbədə böyük səbr lazımdır - Sputnik Azərbaycan
2/6
Saatsazlığı öyrənmək üçün ilk növbədə böyük səbr lazımdır.
© Sputnik / Rahim Zakiroğlu"Sovet höküməti dağılandan sonra camaatda nə saat taxmağa, nə də təmir etdirməyə həvəs qaldı".
Sovet höküməti dağılandan sonra camaatda nə saat taxmağa, nə də təmir etdirməyə həvəs qaldı. - Sputnik Azərbaycan
3/6
"Sovet höküməti dağılandan sonra camaatda nə saat taxmağa, nə də təmir etdirməyə həvəs qaldı".
© Sputnik / Rahim Zakiroğlu"Elə saatlar çıxdı ki, təzəsini almaq təmir etdirməkdək ucuz başa gəlirdi".
Elə saatlar çıxdı ki, təzəsini almaq təmir etdirməkdək ucuz başa gəlirdi - Sputnik Azərbaycan
4/6
"Elə saatlar çıxdı ki, təzəsini almaq təmir etdirməkdək ucuz başa gəlirdi".
© Sputnik / Rahim ZakiroğluŞ. Baxşıyev saatsazlığı atasından öyrəndiyi kimi, oğluna da ötürüb sənəti.
Ş. Baxşıyev saatsazlığı atasından öyrəndiyi kimi, oğluna da ötürüb sənəti - Sputnik Azərbaycan
5/6
Ş. Baxşıyev saatsazlığı atasından öyrəndiyi kimi, oğluna da ötürüb sənəti.
© Sputnik / Rahim Zakiroğlu"İndiki cavanlarda saatsazlığa həvəs yoxdur. Əvvəl isə başqa idi".
İndiki cavanlarda saatsazlığa həvəs yoxdur. Əvvəl isə başqa idi. - Sputnik Azərbaycan
6/6
"İndiki cavanlarda saatsazlığa həvəs yoxdur. Əvvəl isə başqa idi".
1/6
Saatsaz Şahin Baxşıyev.
2/6
Saatsazlığı öyrənmək üçün ilk növbədə böyük səbr lazımdır.
3/6
"Sovet höküməti dağılandan sonra camaatda nə saat taxmağa, nə də təmir etdirməyə həvəs qaldı".
4/6
"Elə saatlar çıxdı ki, təzəsini almaq təmir etdirməkdək ucuz başa gəlirdi".
5/6
Ş. Baxşıyev saatsazlığı atasından öyrəndiyi kimi, oğluna da ötürüb sənəti.
6/6
"İndiki cavanlarda saatsazlığa həvəs yoxdur. Əvvəl isə başqa idi".

Müştərinin 6 ildən sonra yadına düşür ki…

Həmsöhbətimiz üzləşdiyi maraqlı hadisələrdən bəzilərini nəql edir: "Məsələn biri gəlib deyib ki, "usta, bu saatı suyun altında fırça ilə yudum, saat işləmədi", digəri kəfkirlə işləyən divar saatının kəfkirini gətirib ki, "saat işləyir, amma kəfkiri nasazdır". Ən yadda qalanı isə hələ mən şagird olan vaxt — keçən əsrin 80-cı illərində olub. Bir cavan qız gəldi atamın yanına, qol saatını təmir etmək üçün verdi və getdi. Qız 10-cu sinif şagirdi idi. Qız o gedən getdi. Atam təmir etdi saatı və saxladı. Qız gəlmədi ki, gəlmədi. Üstündən düz 6 il keçmişdi, qız bizim artıq Böyük Bazardakı köşkümüzə gəldi. Bir uşaq qucağında, bir uşaq da əlində. Sən demə qız bizə saat verib köşkdən çıxandan sonra, həmkəndlisi onu qaçırıbmış. Qız ailə qurub iki uşağı da olub sonra birdən yadına düşüb ki, axı, o vaxt mən saatı təmirə vermişdim. Saatı götürəndə atama xeyli təşəkkür etdi ki, bu müddət ərzində saatı qoruyub saxlayıb".

İran və Çin saatları çıxandan sonra…

Usta deyir ki, saatsazlığı öyrənmək üçün ilk növbədə böyük səbr lazımdır: "Saatsaz səbrli olmalıdır. Əsəbi oldunsa, iş alınmayacaq. Hətta əsəbi vaxtı səbrsizlik edib tələsik iş görəndə saatın hansısa bir hissəsini sındıra da bilərsən. Bundan əlavə isə, digər sənətlər kimi, saatsazlığı öyrənmək üçün sənətə bağlılıq, sənəti sevmək gərəkdir. Sevgisiz sənəti öyrənmək mümkün deyil".

Dediyinə görə, sovet vaxtı səhər saatlarında tək-tük adam saat düzəltdirərdi, əsas müştəri axşam — hamı işdən çıxandan sonra gələrmiş: "Sovet höküməti dağılandan sonra camaatda nə saat taxmağa, nə də təmir etdirməyə həvəs qaldı. Elə həmin vaxtları da elektron saatlar istehsal edilməyə başladı. Bizlərdə də ehtiyyat hissələri artıq tükənirdi. Rayonumuzun camaatı da İrana alver ardınca axışmağa başladı. İrandan da kütləvi surətdə İranın öz istehsal etdiyi divar saatları və Çin istehsalı olan saatlar gəltirilməyə başlandı. Biz də ən çox köhnə sovet saatlarını və həmin elektron və kvarç saatlarını təmir edirdik".

"Elə saatlar çıxdı ki, təzəsini almaq təmir etdirməkdən ucuz başa gəlirdi"

Ş. Baxşıyev saatsazlığı atasından öyrəndiyi kimi, oğluna da ötürüb sənəti: "Mənin bir oğlum yaman həvəsli idi bu sənətə, mən də ona öyrətdim. İndi də o, şəhərin başqa bir hissəsində saatsaz işləyir. Digər tələbəm isə bacım oğludur. O da Rusiya Federasiyasının Krasnodar şəhərində saatsaz işləyir. Yəni, cəmi 2 şagirdim olub. İndiki cavanlarda saatsazlığa həvəs yoxdur. Əvvəl isə başqa idi".

Danışıq ki, bir dəfə Rusiyada işləyən həmyerlilərimizdən biri ona İsveçrə istehsalı olan qol saat gətirib: "Həmin saatın 30 min ABŞ dolları qiyməti var idi. Amma arada elə saatlar gəlirdi ki, camaat da hamısı axışırdı onlardan almağa. Bər-bəzəkli idi, amma nə korpusları, nə də mexanizmləri keyfiyyətli idi. Çinin istehsalı idi. Elə bil, onları yoldan keçən biri düzəltmişdi. Ucuz idi deyə, camaatın əksəriyyəti ondan alırdı. Təmir edəndə də deyirdin ki, zəhmət haqqı bu qədər edir, haqlı olaraq qayıdırdılar ki, ondansa təzəsini alaram da".

Xəbər lenti
0