CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Genefondumuzu belə məhv edirik

© Sputnik / Shahperi AbbasovaEv quşları arasında ən çox alınıb-satılan toyuq-cücələrdir
Ev quşları arasında ən çox alınıb-satılan toyuq-cücələrdir - Sputnik Azərbaycan
Abunə olmaq
Belə məhsullardan istifadə etmək gələcəkdə bizim görə bilmədiyimiz fəsadlara səbəb ola bilər. Onların qəbulu insanın səhhətinə ziyan verməklə bərabər, ikinci, üçüncü nəsilində bir sıra problemlərin yaranmasına gətirib çıxarır.

BAKI, 17 may — Sputnik. Qloballaşan dünyamızda hər şeyi tez və rahat yolla əldə etmək istəyirik. Təbii ki, bu zaman keyfiyyət arxa plana keçir.

Əvvəllər toyuğu qazana atıb saatlarla bişməsini gözləyərdik. İndi isə bunun üçün maksimum yarım saat vaxt tələb olunur və istədiyin yemək növünü hazırlaya bilirsən. 

© Sputnik / Shahperi AbbasovaTəbii yolla yetişdirilən cücələr
Təbii yolla yetişdirilən cücələr - Sputnik Azərbaycan
Təbii yolla yetişdirilən cücələr

Broyler toyuqları tez bişən və yumşaq ətə sahib olsa da, təbii toyuq əti ilə müqayisə edilə bilməz. Düzdür, ev təsərrüfatlarında saxlanılan toyuqlardan fərqli olaraq, broylerlərin əti bol, sümüyü isə nazik olur. Eləcə də, qısa müddətdə böyüyərək yeməli vəziyyətə gəlirlər.

Broyler toyuqları ilə ev təsərrüfatında yetişən toyuqların fərqi təkcə yarım saat ərzində bişmələri deyil. Broylerlər dünyada ən çox genetik dəyişimə məruz qalan sahələrdən hesab edilir.

Uzun illər təsərüffatla məşğul olan Həmzət Abbasovun Sputnik-ə dediyinə görə, toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir: "Ancaq broyler toyuqları 5-6 həftəyə 1 kiloqramdan çox çəkiyə sahib olur. Bu toyuqlar az müddətdə böyüdüyü üçün təbii prosesdən kənarda qalmış sayılır. Onların tez böyüməsi üçün yemlərinə müəyyən kimyəvi qatqılar vurulur. Sözsüz ki, həmin yemlə bəslənmiş toyuğu sonradan biz insanlar yeyirik".

"Bu da milli genofondun məhv olması ilə yanaşı, gələcəkdə bizim görə bilmədiyimiz fəsadlara da səbəb ola bilər. Belə məhsullardan istifadə etmək insanlarda ikinci, üçüncü nəsildə bir sıra problemlərin yaranması hallarına gətirib çıxara bilər", — deyə mütəxəssis bildirib.

Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tam imtina edə bilmirik. Ancaq bir şeyi unutmayaq ki, sağlamlığımız üçün nəfsimizə qalib gəlməyə dəyər. Yaxud zəhmətə qatlaşıb, həm təbii məhsulla ağzımıza dad qata, həm də genofondumuzu qoruya bilərik.

Xəbər lenti
0