Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şah Qacar" nümayiş olundu

© Photo : Akademik Milli Dram TeatrıFuad Poladov, "Şah Qacar" obrazında
Fuad Poladov, Şah Qacar obrazında - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında "Şah Qacar" tamaşası səhnələşdirilib. Tamaçanın bədii rəhbəri xalq artisti Azər Paşa Nemət, elmi məsləhətçisi Çingiz Qacardır.

BAKI, 16 may — Sputnik. Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan "Şah Qacar" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur. Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək) və başqaları iştirak ediblər.

Xəbər lenti
0