CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda zona müşavirəsi keçirilib

© Sputnik / Rahim MuradovLənkəran Şəhər Mədəniyyət Mərkəzində kənd inzibati dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşafirəsi
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində kənd inzibati dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşafirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə də keçirilib. Şəki, Bərdə, Yevlax və İmişli rayonlarında may ayının 19-da keçirilməklə bütün regionları əhatə edəcək.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Mayın 16-da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində kənd inzibati dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Statistika Komitəsinin (DSK) və Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Məqsəd DSK tərəfindən hazırlanan yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılması olub. 

© Sputnik / Rahim ZakiroğluTəsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə də keçirilib
Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə də keçirilib - Sputnik Azərbaycan
Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə də keçirilib

DSK sədri Tahir Budaqov bildirib ki, prezident İlham Əliyevin kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq DSK tərəfindən zəruri islahatlar həyata keçirilir: "Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan "Təsərrüfat-başına kitab" və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb.

Prezident Adminitrasiyasının məsul işçisi Habil Əzənmədov təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıb. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov çıxış edərək rayonun sosial, iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verib.

Məlumat üçün bildirək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə də keçirilib. Şəki, Bərdə, Yevlax və İmişli rayonlarında may ayının 19-da keçirilməklə bütün regionları əhatə edəcək.

Xəbər lenti
0