BAKI, 15 may — Sputnik. Yəmənin əl-Mukalla şəhərində polis məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
Sputnik-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.