BAKI, 15 may — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 civə sütununa qalxacaq, nisbi rütubət gecə 75-85, gündüz 50-60- faiz təşkil edəcək.
Azərbaycana gəlincə, mayın 16-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.