Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Eurovision-2016"-nın sürpriz qalibi

© leblogtvnews.com"Eurovision-2016"-nın ukraynalı qalibi Camala
Eurovision-2016-nın ukraynalı qalibi Camala - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan təmsilçisi Səmra Rəhimli yarışı ölkəmizin bu yarışmada iştirak etdiyi müddət ərzində ən aşağı xalla başa vurub.

BAKI, 15 may-Sputnik. Mayın 14-dən 15-ə keçən gecə İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" yarışmasının qalibi Ukrayna təmsilçisi Camala (Jamala) olub. 1944-cü ildə Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısının ifaçısı 534 xalla ikinci dəfə Ukraynanı Eurovision-un qalibi edib. Camala mahnını tatar və ingilis dillərində ifa edib.

Cənubi Koreyada anadan olmuş Avstraliya təmsilçisi "Sound of Silence" mahnısının ifaçısı Dami İm isə 511 xalla ikinci olub. Rusiya təmsiçisi Sergey Lazarev isə 361 xalla 3-cü yerdə qərarlaşıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli 117 xal toplayaraq müsabiqədə 14-cü yeri tutub. Münsiflərin səsverməsi Azərbaycana 34, tamaşaçı səsverməsi isə əlavə 73 xal gətirib.

Azərbaycana heç bir ölkə 12 xal verməyib. Rusiya və İsveç Azərbaycana 10 xal verib. Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan, Makedoniya —1, Kipr, Belarus —2 xal, Ukrayna, Macarıstan — 7 xal verib. 

Azərbaycan isə 8 xalı Bolqarıstana, 10 xalı Ukraynaya, 12 xalı Rusiyaya verib. Rusiya isə 12 xalı Ermənistana verib.
Yarışmanın finalında 26 ölkənin nümayəndəsi iştirak edib:

1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.

Finala birbaşa vəsiqə qazanan ölkələr — müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniya olub.

Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" mahnısı ilə 4-cü yerdə çıxış edib.

"Eurovision-2016" 50 ölkənin telekanalları vasitəsilə yayımlanıb. Bu il ilk dəfə olaraq ABŞ və Çin də Eurovision-un yayımına qoşulub.

Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin final şousunun qonaqları dünyaca ünlü müğənni, aktyor və bəstəkar Castin Timberleyk (Justine Timberlake), "Eurovision-2009"-un qalibi Aleksandr Rıbak və başqaları olub. Onlar öz populyar mahnıları ilə "Globe" arenasının tamaşaçılarını əyləndiriblər. Burada "Eurovision-2015"-in qalibi, həm də "Eurovision-2016"-nın aparıcılarından biri Mons Selmerlev də öz mahnılarını oxuyub.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

Finalçıların hamısı çıxış etdikdən sonra iştirakçı ölkələrin münsiflərinin, daha sonra isə tamaşaçılarının səsverməsi keçirilib. 

Beləliklə "Eurovision-2017" Ukraynada keçiriləcək. 

Xəbər lenti
0