BAKI, 14 may-Sputnik. "Eurovision-2016" yarışması artıq başlayıb.
Yarışmanın finalında 26 ölkənin nümayəndəsi iştirak edir:
1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.
Finala birbaşa vəsiqə qazanan ölkələr — müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Artıq Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" mahnısı ilə 4-cü yerdə çıxış edib. O, indiyə qədər yarışın favoritlərindən biri sayılır.
Flames light up the stage with Azerbaijan! Burn, baby! #Eurovision #AZE https://t.co/qvSfInJDQ2
— Eurovision (@Eurovision) 14 мая 2016 г.
"Eurovision-2016" 50 ölkənin telekanalları vasitəsilə yayımlanır. Bu il ilk dəfə olaraq ABŞ və Çin də Eurovision-un yayımına qoşulub.
Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin final şousu davam edir.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
Finalçıların hamısı çıxış etdikdən sonra iştirakçı ölkələrin səsverməsi olacaq. Səsvermənin nəticələrinə əsasən "Eurovision-2016" yarışmasının qalibi müəyyən ediləcək.