CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanıdığımız və tanımadığımız Vəli Axundov

© Photo : Public DomainНа фото, слева направо: первый секретарь ЦК КП Азербайджанской ССР Вели Ахундов, первый секретарь ЦК КПСС Никита Хрущев, маэстро Ниязи и композитор Кара Караев
На фото, слева направо: первый секретарь ЦК КП Азербайджанской ССР Вели Ахундов, первый секретарь ЦК КПСС Никита Хрущев, маэстро Ниязи и композитор Кара Караев - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli dövlət xadiminin qızı atası ilə bağlı xatirələrini Sputnik-ə danışır.

Tanıdığımız və tanımadığımız Vəli Axundov
Sovet dövründə Bakıda metropolitenin yaradılması Vəli Axundovun ən böyük sevinclərindən biri olub. Vəli Axundovun 100 illik yubileyi ərəfəsində Sputnik-ə danışan Nigar Axundova atası ilə bağlı xatirələrini dilə gətirib. 

Onun sözlərinə görə, metro Vəli Axundov üçün ən mühüm və ən sevilən məsələlərdən biri olub: “Çünki o, metro layihəsinin həyata keçirildiyi günə qədər çətin və uzun yol keçib. Metropolitenın açılışı isə, onun xoşbəxtliyinin pik həddi idi. Bu məqsədə nail olmaq üçün o, bütün imkanlarından istifadə etmişdi”, — deyə Nigar Axundova bildirib.

O qeyd edib ki, sovet dövründə Bakıda Novruz bayramının qeyd olunmasına aid bütün siyasi məsuliyyət də Vəli Axundovun üzərinə düşmüşdü: “Demokratik düşüncə oyanırdı, Azərbaycan dilini təbliğ etmək məqsədi ilə müəyyən addımlar atılırdı. Biz Novruz bayramının qeyd olunmasını da bu prosesdən ayırmamalıyıq. Bəzən bu hadisəni qabardırlar. Əslində, Novruzun qeyd olunmasına aid qadağa yox idi. Biz həmişə onu ailə daxilində, yaxınlar və dostlarla qeyd edirdik. Mən bunu uşaq illərimdən xatırlayıram. Bəs 1967-ci ildə nə baş verdi? Məsələ ondadır ki, bu vaxtadək Moskva hakimiyyəti ilə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması müzakirə olunurdu. Bundan bir neçə il əvvəl Novruzu Orta Asiyada qeyd edirdilər. Atam bundan xəbər tutub bayramı Azərbaycanda da reallaşdırmaq istəyib. Danışıqlar aparılırdı, razılıq alındı, bundan sonra isə məsləhətləşmə keçirilib. İşçi görüşündə Şıxəli Qurbanova bu bayrama unudulmaz şənlik xüsusiyyətlərinin verilməsi tapşırıldı”.

Vəli Yusif oğlu Axundov 1959-1969-cu illərədə Azərbaycan Kommunit Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Bu illər Sovet İttifaqında Xuruşov “mülayimləşməsi” dövrünə təsadüf etdiyindən Azərbaycanda milli özünüdərk və mədəni inkişafa ciddi təsir göstərib. Nigar Axundovanın sözlərinə görə, Azərbaycandakı vəziyyət bu prosesə hazır idi:

““Mülayimləşmə”nin ən çox əks olunduğu respublikalardan biri də Azərbaycan idi. Buradakı vəziyyət buna uyğun idi. Ədəbiyyatımızada, müsiqimizdə, ictimai fikrimizdə elə parlaq simalar, şəxsiyyətlər üzə çıxdı ki, təkcə onların adlarını sadalayanda insanın ürəyi açılır. Bunlar ədəbiyyatımızda sürətlə özünə yer edib və ona yön verən Anar, Elçin, İbrahimbəyov qardaşları, Yusif, Vaqif  Səmədoğlular, rəssamlıqda Tahir Salahov, Toğrul Nərimanbəyov, Mir Cavad və başqaları idi. Eyni zamanda musiqi sənətində, elmdə ciddi naliyytələr əldə olundu. Bu proses  ictimai şüurun yeniləməsi idi. Buna imkanlar yaradılmışdı və baş verirdi. Şübhəsiz ki, tariximizin bu dövrü bir çox təqdiqatçıları cəlb edəcək”.

Xatərladaq ki, ixtisasca həkim olan V.Axundov 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Siyasi vəzifədən uzaqlaşdıqdan sonra elmi fəaliyyətlə məşğul olan Axundov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O, 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

Xəbər lenti
0