BAKI, 14 may — Sputnik. Nazirlər Kabineti “Rəqəmli televiziya və radio yayımı tarifləri”ni təsdiq edib.
Sputnik-in məlumatına görə, qərara əsasən rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan —300 Vt-a qədər, 300 Vt daxil olmaqla 0,65 manat, 300 Vt-dan —1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır.
Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.