CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada dollar sıçrayışı baş verdi

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
FED-in faiz artırımı ilə bağlı açıqlamasından sonra, dollar digər valyutalar qarşısında güclənib. ABŞ dollarının 2 faizlik qazancı, təxminən bir ilin ən güclü iki həftəlik yüksəlişi olacaq.

BAKI, 13 may — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) üzvlərinin faiz artırımı ilə bağlı dünən verdiyi açıqlamalardan sonra, dollar digər valyutalar qarşısında güclənib. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Boston FED başçısı Eric Rosengren və Kansas FED başçısı Ester Corcun faiz artırımı ilə əlaqədar açıqlamalardan sonra dollar, əksər əhəmiyyətli valyutaların qarşısında dəyər qazanıb.

ABŞ dolları - Sputnik Azərbaycan
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

Ümumiyyətlə, pul siyasəti ilə bağlı zidd görüşlərdə olan iki Mərkəzi Bankın başçısının da bu il Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermək hüququ var. ABŞ-da faizlərin artırılacağı ilə bağlı gözləntilər dolları dəstəkləyir.

ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot indeksi, iki həftəlik yüksəlişini tamamlamaq üzrədir. ABŞ dollarının 2 faizlik qazancı, təxminən bir ilin ən güclü iki həftəlik yüksəlişi olacaq.

Dollar, London saatı ilə 10.45-də avro qarşısında 0.3 faiz dəyər qazanaraq 1.1346 səviyyəsinə qalxıb. FED-in növbəti iclası 14-15 iyun tarixlərində keçiriləcək.

Xəbər lenti
0