BAKI, 12 may — Sputnik. Ermənistanın İstintaq komitəsi səhlənkarlıq faktı üzrə cinayət işi qaldırıb.
Sputnik-in Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin avtomobil xidmətinin rəhbəri, polkovnik David Abramyan iş üzrə həbs edilib.
İşin təfərrüatları istintaq sirri olduğundan açıqlanmır.